14:17 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 145 ölkə arasında 45.45 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Speedtest Global Index”in hesabatında qeyd edilib. Sözügedən hesabata əsasən, Azərbaycan oktyabr ayına nisbətən 3 pillə geriləyib.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (324.92 MB/S), sonuncu yeri isə Kuba (145-ci yer, 3.90 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə oktyabrda dünyada 116-cı yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 5 pillə geriləmədir.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026