12:18 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Reklam sahəsində suni intellekt tətbiq olunacaq.
ABC.AZ xəbər verir ki, bunu ADRA-nın Aparat rəhbəri Nahid Qasımov deyib.
Onun sözlərinə görə, 2023-cü il ərzində ADRA rüsum və yayım haqlarının yığımından yüksək nəticələr əldə etmişdir. "Heydər Əliyev" ili çərçivəsində Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda ulu öndərin həyatına aid olan görüntü və fotoların yayımı həyata keçirilib.
Nahid Qasımov bildirib ki, ölkədə reklam sistemində ADRA bir ilkə imza atacaq. Reklam sahəsində suni intellekt tətbiq olunacaq.