ABŞ Konqresi hərbi ehtiyaclar və kibertəhlükəsizlik üçün 886 milyard dollar ayırıb

16:33 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Amerika konqresmenləri ABŞ-ın 886 milyard dollarlıq hərbi büdcəsini təsdiqləyiblər.

ABC.AZ xəbər verir ki, vəsaitlər həmçinin kiberməkandakı fəaliyyətə yönəldiləcək.

Nüvə qüvvələrinin komandanlığı və idarə edilməsində, habelə bu sahədə kommunikasiyalarda iştirak edən şəbəkələr və sistemlər üçün xüsusi kibertəhlükəsizlik qrupunun yaradılması nəzərdə tutulur.

Sənəd, həmçinin “Meksika cinayət təşkilatlarının kiberməkanda qanunsuz sərhədlərarası fəaliyyətinə” qarşı çıxmağa imkan verir.

Bundan əlavə, büdcə qeyri amerikalıların onlayn izləmə proqramının 19 aprelə [2024] qədər uzadılmasını nəzərdə tutur.