İpoteka Fondu ilk yarım ildə 11 milyon manatdan çox mənfəət əldə edib

14:10 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ilin ilk yarımilində 11.58 milyon manatlıq xalis mənfəət əldə edib.

ABC.AZ xəbər verir ki, rəqəmlər İKZF-in yarımillik audit hesabatında qeyd edilib. Hesabatda göstərilir ki, Fond faizlərdən 37.82 milyon manat gəlir əldə etməklə illik 6.62 milyon manat və ya 21 faiz artıma nail olub. Fondun 20.8 milyon manatlıq faiz xərcindən sonra onun xalis faiz gəlirləri 17.01 mln. təşkil edib.

Öncəki ilin müvafiq dövründə xalis faiz 16.67 milyon manat idi. İKZF-in aktivlərinin həcmi 1 iyul 2023-cü il tarixinə 2 milyard 542.8 milyon manat olub.