10:48 - 19.07.2018
19 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,20 (0,27%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,14 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 18 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (17 iyul – 68,08 dollar) 0,68 dollar qalxaraq bir barelə 68,76 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 18 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (17 iyul – 72,16 dollar) 0,74 dollar yüksələrək bir barelə 72,90 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 18 iyul tarixli ticarətin nəticəsində 4,14 dollar / barelə təşkil edir.