Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyub - Nazir

15:15 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Bu gün keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da iştirakımız barədə fikir mübadiləsi apardıq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın aylar ərzində üçtərəfli görüşlərimiz də keçiriləcək: “2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyəmiz 7 milyarada yaxınlaşıb. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20, Türkiyə tərəfindən isə Azərbayacana 15 milyard ABŞ dolları investisiya qoyulub. Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik”.