Bir dildən digərinə real vaxtda tərcümə edən ağıllı eynəklər buraxılıb

15:11 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. 2023-cü ilin dekabr ayının ortalarında Meta şirkəti, Ray-Ban Meta Smart Glasses eynəklərinin təkmilləşdirilmiş versiyasını təqdim etdi. Cihazın süni intellektə əsaslanan multimodal imkanları var.

ABC.AZ xəbər verir ki, ağıllı eynək vasitəsilə istifadəçiyə ətraf mühit obyektləri haqqında müxtəlif məlumatlar ötürülür. Alqoritmlər və inteqrasiya edilmiş kameradan gələn şəkilləri və səs sorğusunu təhlil edir. Bundan sonra bu və ya digər məlumat toplusu real mühitə istinadla verilir. Məsələn, süni intellektə hər hansı bir obyekti tanımaq və ya mətni bir dildən digərinə tərcümə etmək sorğusu vermək olar.