Azərbaycanın Bolqarıstana satdığı qazın qiyməti 43 faiz azalıb

14:54 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Bolqarıstan 2023-cü ilin ilk 10 ayında təbii qaz alışını 3 dəfəyə yaxın artırıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin yanvar-oktyabr ayları ərzində 982.8 milyon m³ həcmində təbii qaz ixrac edilib və bu illik müqayisədə 168% çoxdur.

Azərbaycan Bolqarıstana satdığı təbii qaza görə bu ölkədən  $363.3 milyon gəlir əldə edib.

Təbii qazın hər 1000 m³-nu 2022-ci ilin ilk 10 ayında orta hesabla  $648.5 satdığı halda, 2023-cü ilin müvafiq dövründə $369.6-a satıb. Bu da qiymətlərin illik 43% daha ucuz olması deməkdir.