Azərbaycan 10 ayda yod ixracından bu qədər gəlir əldə edib

11:53 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 12 milyon 642 min dollar dəyərində 180,55 ton yod ixrac edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixrac göstəriciləri dəyər ifadəsi ilə 2 milyon 640 min manat ( 26,4%) dəyər ifadəsi ilə 39,29 ton (27,8%) artıb.

2022-ci ilin yanvar-oktyabr aylarında 141,26 ton yod ixrac edilmişdi ki, ixracdan ümumilikdə 10 milyon 2 min dollar gəlir əldə edilmişdi.

1 ton yodun ixrac dəyəri bu il 70 min 19 dollara başa gəlib. Ötən il isə bu göstərici 70 min 805 dollar olub.