11:28 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. Avtomobil proqram təminatına əhəmiyyətli büdcə ayıran “Huawei” daha bir sahəyə yatırım planlaşdırır.
ABC.AZ xəbər verir ki, “Huawei” məlumat-əyləncə sistemlərində ön plana çıxmaq istəyir.
Şirkət artıq “Aito” kimi alt markaları ilə sənayedə olsa da, bəzi Alman avtomobil istehsalçıları ilə işləməyə hazır olduğu bildirilir.
“Huawei”, “Audi” və “Mercedes-Benz”ə avtomobil proqram təminatı satmağı təklif edir.
“Huawei”in “Mercedes-Benz” ilə danışıqlara başladığı və müvafiq şirkətlərə 3-5 faizlik səhm təklif etdiyi bildirilib.
Lakin “Mercedes” avtomobil seqmentində öz proqram təminatından istifadə etmək və brend imicini qorumaq üçün bu təklifi rədd edib.
13 Avqust 2026
13 Avqust 2026