Cənubi Qafqazda ən böyük İES 2025-ci ildə istifadəyə veriləcək

15:01 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Cənubi Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib. 

“Yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır”, – deyə o qeyd edib.

Bundan başqa, B.Rzayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir: “Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız. Cəbrayılda BP şirkəti ilə birlikdə 200 mVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. İnşaat işləri başlamaq üzrədir”.