Noyabrda mənzillərin icarə haqqında bahalaşma olub

16:00 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr aylarında bəzi qidaların qiymətində ucuzlaşma qeydə alınıb.

ABC.AZ-ın məlumatəna görə, 2023-cü ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 103,1 faiz təşkil edib. 2023-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 104,0 faiz təşkil edib.

Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən ucuzlaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, bahalaşma isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.