2023-cü ildə “Kalaşnikov” avtomatlarının tədarükü təxminən iki dəfə artıb

15:21 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. 2023-cü ildə AK-12 “Kalaşnikov” avtomatlarının tədarükü demək olar ki, iki dəfə artıb. Bu barədə dekabrın 11-də konsernin mətbuat xidməti məlumat yayıb.

ABC.AZ xəbər verir ki, bu ilin noyabr ayında “Kalaşnikov” üç illik müqavilə çərçivəsində AK-12 avtomatlarının istehsalını başa çatdırıb.

“Kalaşnikov” konserni sifarişçi ilə əlavə müqavilə çərçivəsində AK-12 avtomatlarının göndərilməsini yerinə yetirdi. Ümumiyyətlə, “Kalaşnikov” konserni 2023-cü ildə AK-12 avtomatlarının istehsalı ilə bağlı öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirib. Ötən illə müqayisədə AK-12 modelinin tədarük edilən avtomatlarının sayı demək olar ki, iki dəfə artıb”, — konsernin məlumatında belə deyilir.