Sahibkarlığın İnkişafı Fondu karton istehsalı üçün bu şirkətə 900 min manat verdi

14:50 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu Flazer MMC-yə qofro karton qutu istehsalının inkişafı layihəsi üçün güzəştli kredit verib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Kreditin məbləği 900  min manatdır.