14:26 - 18.07.2018
18 iyul, Fineko/abc.az. Sinoptiklər sabah, iyulun 19-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağını söz verirlər. Proqnoza əsasən, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə arasında tərəddüd edəcək.
Atmosfer təzyiqi normadan aşağı, yəni 751 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) sabah dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Azərbaycanın rayonlarında iyulun 19-da hava yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026