16:09 - 8.12.2023
8 dekabr, Fineko/abc.az. “Aeroflot” qrupuna daxil olan “Pobeda” aviaşirkəti 2024-cü ilin yaz və ya yay aylarında Rusiyadan Türkiyənin şəhərlərinə bilet satışını elan edib.
ABC.AZ xəbər verir ki, uçuşlar 2 aprel tarixindən etibarən Stavropol — İstanbul marşrutu ilə həftədə iki dəfə olmaqla çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Bundan əlavə, “Pobeda” iyunun 3-dən etibarən Stavropoldan Antalyaya həftədə iki dəfə, bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.
Moskvadan (Şeremetyevo) Antalyaya uçuşlar gündəlik olaraq 31 martda başlayacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026