16:33 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. Moskva şəhərinin Barışdırıcı Məhkəməsi Telegram messencerini 4 milyon rubl məbləğində cərimələyib.
ABC.AZ xəbər verir ki, buna səbəb, messencerin “Roskomnadzor” əmrini yerinə yetirməməsi olub.
Belə ki, “Telegram Messenger Inc.” Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.7.10-4-cü maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinir (sosial şəbəkə sahibi tərəfindən media, kütləvi rabitə, informasiya texnologiyaları və rabitə sahələrində nəzarət funksiyalarını həyata keçirən federal icra hakimiyyəti orqanının göstərişlərinə əməl edilməməsi).