15:57 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. IBM və Meta, açıq AI modelini təbliğ edən 50-dən çox süni intellekt şirkəti və tədqiqat institutlarından ibarət alyansın yaradılmasını bildiriblər.
Belə ki, korporasiyalar sürətlə genişlənən bazarda populyarlıq qazanmağa çalışırlar.
ABC.AZ xəbər verir ki, AI Alliance-a Intel, AMD, Dell, Intel, Sony, Linux, Oracle, NASA, Cornell Universiteti, Yale Universiteti, Tokyo Universiteti, Harvard Universiteti, Münhen Texniki Universiteti və bir sıra digər şirkətlər və tədqiqat mərkəzləri daxildir.
Koalisiya üzvləri AI-də “açıq innovasiya və açıq elm”i dəstəkləmək üçün resursları birləşdirməyi planlaşdırırlar.
14 Avqust 2026
14 Avqust 2026