09:35 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı, bir gün əvvəl düşdükdən sonra zəif yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:30-da $0,04 (0,16%) artaraq bir barel üçün $78,07-a çatıb. Dekabrın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin fevral ayına olan fyuçersləri $0,85 (1,08%) ucuzlaşaraq bir barel üçün $78,03-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:30-da $0,12 (0,16%) artaraq bir barel üçün $73,16-a çatdı. Dekabrın 4-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $1,03 (1,39%) azalaraq bir barel üçün $73,04-a düşüb.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026