16:08 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Tufts Universiteti və Harvard Universitetinin alimləri insan traxeya hüceyrələrindən kiçik bioloji robotlar yaradıblar.
ABC.AZ xəbər verir ki, laboratoriyada insan hüceyrələrindən istifadə edərək yaradılan kiçik biorobotlar gələcəkdə yaraları sağalda bilər və ya zədələnmiş toxumaları bərpa edə bilər.
Antrobotlar xırda tüklərlə örtülmüş traxeya hüceyrələrindən ibarətdir. Laboratoriyada yetişdirildikdə kortəbii olaraq orqanoidlər — kiçik çoxhüceyrəli kürələr əmələ gətirirlər.
Yeniliyin üstünlükləri kimi, xəstənin öz hüceyrələrindən botlar yaratmaq imkanı qeyd edilir. Belə ki, qan damarlarını tıxaclardan təmizləmək, onurğa beyni və ya retinada sinir toxumalarını bərpa etmək, habelə bakteriya və xərçəng hüceyrələrini aşkar etmək üçün istifadə edilə bilər.
14 Avqust 2026
14 Avqust 2026