Günəş enerjisi ilə çalışan yeni qulaqlıq - Həm də "Bluetooth"la

15:47 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. Günəş enerjisi ilə çalışan yeni “CM10 Bluetooth” qulaqlıq modeli təqdim edilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən yenilik "Baseus” markası tərəfindən istifadəyə verilib. 

Belə ki, “Baseus”un “CM10 Bluetooth” qulaqlıq modelini uzun müddətli istifadə etmək "Baseus” inkişaf etdirib.

Bundan sonra tək şarjla 5 saata qədər istifadə oluna bilən qulaqlığın qutusu qulaqlığı 45 saat şarjla təmin edə biləcək.

Qutunun özəlliyi ondan ibarətdir ki, onu günəş enerjisi ilə doldurmaq mümkündür.

“Bluetooth 5.3” vasitəsilə eyni anda müxtəlif cihazlara qoşula bilən qulaqlıq, ikili mikrofonla da fon səs-küyünü azaldır.