12:08 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR) 20230-cü ilin 30 iyun 2023-cü il tarixinə 1.414 milyard manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünə SOCAR-ın mənfəəti 4.624 milyard manat olub.
ABC.AZ şirkətin konsolidasiya edilmiş qısaldılmış aralıq maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, ötən il SOCAR-ın satışdan gəlirləri 42.181 milyard manat (əvvəlki il 60.328 milyard manat), satışının maya dəyəri 37.538 milyard manat (əvvəlki il 53.310 milyard manat), paylaşdırma xərcləri 1.163 milyard manat, ümumi və inzibati xərcləri 928 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 70.351 milyard manat olub ki, ötən il 80.835 milyard manat təşkil etmişdir. Hesabat dövründə şirkətin öhdəlikləri 23% azalaraq 36.722 milyard manat, cəmi kapitalı isə 0.9% artaraq 33.629 milyard manat olub.