Azərbaycanda minatəmizləyən maşınlar istehsal olunur

11:33 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. Azərbaycanda artıq minatəmizləyən maşınlar istehsal olunur. Onlar tank və piyada əleyhinə minaları aşkarlayır. Bu maşınlar hazırda istifadədədir. 

ABC.AZ xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev Bakıda keçirilmiş dəyirmi masada deyib.

Əhalinin maarifləndirilməsi məsələsinin vacibliyinə toxunan Fərhad İsayev bildirib:

“İndiyədək ANAMA-nın müvafiq idarəsi tərəfindən 445 min 232 nəfər üçün mina təhlükəsi barədə maarifləndirmə tədbiri keçirilib, 150 mindən çox çap materialı paylanılıb. Ümumi olaraq təhlükəli ərazilərdə 925 xəbərdaredici işarə, nişan quraşdırılıb”.