Ən çox şokolad ixrac edən ölkələrin siyahısı açıqlanıb - Reytinq

16:30 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Almaniya 2023-cü ilin ilk doqquz ayında 3.84 milyard dollar dəyərində şokolad ixrac edərək, dünya lideri olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu il kakao məhsullarının əsas ixracatçıları Avropa İttifaqı ölkələridir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Belçika (1.77 milyard dollar) və Niderland (1.66 milyard dollar) qərarlaşıb.

İlk onluğa həmçinin Polşa (1.63 milyard dollar), Kanada (1.33 milyard dollar), İtaliya (1.29 milyard dollar), Malayziya (1.12 milyard dollar), ABŞ (995 milyon dollar), Böyük Britaniya (652.5 milyon dollar) və İsveçrə (643.1 milyon dollar) daxildir.

Dünyanın Top-15 şokolad ixracatçıları arasında Rusiya (535 milyon dollar), Türkiyə (463.5 milyon dollar), Meksika (429.5 milyon dollar), Avstriya (406.6 milyon dollar) və İspaniya (388.6 milyon dollar) var. Onların ardınca İsveç, İrlandiya, Çexiya, Çin, Slovakiya, Xorvatiya, Litva və Macarıstan gəlir.