14:18 - 29.11.2023
29 noyabr, Fineko/abc.az. Amazon korporativ müştərilər üçün süni intellektə əsaslanan chatbot olan Amazon Q-u elan etdi.
ABC.AZ xəbər verir ki, sözügedən chatbotun haqqı hər istifadəçi üçün 20 dollardan başlayacaq.
Amazon həmçinin OpenAI, Microsoft və Google kimi texnologiya şirkətlərinin "chat robotu" yarışına qatıldı.
Açıqlamada Amazon Q-nun şirkətlərə öz korporativ sistemlərindəki məlumat və təcrübədən istifadə edərək aktual suallara sürətli və uyğun cavablar almağa, problemləri həll etməyə və məzmun yaratmağa kömək edəcəyini bildirilib.
Bundan başqa Amazon "Graviton4" və "Trainium2" adlı yeni nəsil çiplərini təqdim etdi.
Şirkətdən verilən açıqlamada, sözügedən çiplərin Amazon Web Services (AWS) şirkətinin çip dizaynında ən son yeniliklər olduğu bildirilib.
14 Avqust 2026