14:26 - 21.11.2023
21 noyabr, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsinda təbii qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “TotalEnergies-Azerbaijan” şirkətinin baş direktoru Emmanuel de Guillebon Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə bu gün keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlərin artacağını nəzərə alaraq, ixrac üçün Türkiyə və Avropa bazarları nəzərdən keçirilir.
O bildirib ki, qeyd olunan bazarlarda tələbatın olub-olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarlara çatdırılması və nəqlidir.
E. Guillebon əlavə etdi ki, bu prosesin (qaz ixracının təşkili -red.) mövcud infrastrukturun hazırkı imkanları hesabına və ya gənişləndirilməsi vasitəsilə təşkili olacağı müzakirə olunur.
21 Avqust 2026