Neft ucuzlaşır, Brent bir barel üçün $82,01 təşkil edir

09:25 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki iki sessiyaların nəticələrinə görə 6%-dən çox artdıqdan sonra çərşənbə axşamı keçirilən ticarətdə azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:22–dək $0,31 (0,38%) azalaraq bir barel üçün $82,01-a düşüb. 20 noyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin yanvar fyuçersləri $1,71 (2,12%) artaraq bir barel üçün $82,32-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:22 – ə qədər $0,28 (0,36%) azalaraq bir barel üçün $77,55-a düşüb. 20 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $1,79 (2,35%) artaraq bir barel üçün $77,83-a çatdı.