16:01 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. Yaxın zamanlarda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirəcək.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görmüş və mühüm uğurlar əldə edilib: “Belə ki, yaxın zamanda təqtbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz müsbət töhfəsini verəcək”,- deyə Ş. Bağırov qeyd edib.
14 Avqust 2026