11:13 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayı üzrə mobil internetin sürətinə görə ölkələrin reytiqni hazırlanıb. ABC.AZ-ın məlumatına görə, reytinqi “Speedtest Global Index” hazırlayıb.
Araşdırmalara görə, Azərbaycan mobil internetin sürətinə görə 142 ölkə arasında 45.70 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb.
Azərbaycan sentyabr ayına nisbətən 1 pillə irəlliyib.
Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (269.41 MB/S), sonuncu yeri isə Kuba (142-ci yer, 3.33 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə oktyabrda dünyada 121-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləmədir.
Müəllif: Elmir Murad
18 Avqust 2026