Dünyanın ən sürətli intenet xətti istifadəyə verildi

10:28 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Çin dünyanın ən sürətli internet xəttini istifadəyə verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən xətt "Tsinghua Universiteti", "China Mobile", “Huawei” və “Cernet Corporation” arasında əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib.

Qeyd edək ki, Pekin, Uhan və Quançjou arasında qurulan internet şəbəkəsi 3 min km-dən çox ərazini əhatə edir.

Tədqiqatçıların fikrincə, bu xətt saniyədə 1 terabitlik şəbəkələrin 2025-ci ilə qədər yaranmayacağı ilə bağlı sənaye proqnozlarını alt-üst edib. Müqayisə üçün bildirək ki, əksər ölkələrin şəbəkələri saniyədə 100 giqabit sürətlə işləyir. Hətta ABŞ “İnternet 2” ilə şəbəkəsini saniyədə 400 giqabitə qədər təkmilləşdirib.