11:08 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. İranda yeni ilin başladığı martın 21-dən oktyabrın 21-nə qədərki 7 ay ərzində Azərbaycana 303.3 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28% azdır.
Hesabat dövründə İrandan Azərbaycana əsasən komponentlər və hissələr, borular, alüminium, qablaşdırılmış kərə yağı, kartof, qızdırıcılar, elektriksiz məişət texnikası, polietilen birləşmə, polietilen məftil və kabel örtüyü, polietilen plyonka, dəmir və polad külçələr satılıb.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026