“Real Tibb Mərkəzi” məhkəməyə verildi - 8 min manatadək cərimələndi

10:01 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. “Real Tibb Mərkəzi” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

Protokol Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə baxan hakim Samir İsmayılovdur.

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.