16:11 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 104,7 % olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, qeyri-ərzaq məhsullarından artım əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 104,5 % təşkil edib.
14 Avqust 2026