Xaricdən Azərbaycana gətirilən bir qoyun 77 dollara başa gəlir

14:05 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 251 079 ədəd diri qoyun gətirilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ölkəyə gətirilən qoyunların ümumi dəyəri 19 milyon 412 min 360 dollar təşkil edir.

Daha dəqiq desək bir qoyunun orta idxal qiyməti 77 dollar (131 manat) təşkil edir.

Ötən illə müqayisədə qoyunların idxal qiyməti azalıb – 2022-ci ilin eyni dövründə qoyunların idxal qiyməti 80 dollar (136 manat) təşkil edib.