Neftin qiyməti 120 dollar olacaq - “Fitch Ratings”dən yeni proqnoz

10:28 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. “Fitch Ratings” agentliyi 2024-cü il üçün neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, agentlik neftin qiymətini Yaxın Şərqdə gərginliyə səbəb ola biləcək tədarükdə fasilələr səbəbindən 120 dollar/barel səviyyəsinə qaldırıb.

Bu qiymət artımının pul siyasətinin və maliyyə şərtlərinin sərtləşməsinə, maliyyə bazarlarında korreksiyaya səbəb ola biləcəyi gözlənilir.

“Fitch Ratings”in sentyabr ayında açıqladığı “Dünya iqtisadiyyatının perspektivləri” (GEO) hesabatı 2024 və 2025-ci illərdə neft qiymətlərinin orta hesabla 75 və 70 dollar olacağını proqnozlaşdırır. Bununla belə, Yaxın Şərqdəki geosiyasi gərginliyi nəzərə alaraq, agentlik öz proqnozlarına yenidən baxıb və neft qiymətlərinin 2024-cü ildə təklif məhdudiyyətləri səbəbindən orta hesabla bir barel üçün 120 dollara yüksələcəyini deyib.