Azərbaycandakı avtosalonlar üç rübdə zərər, ya gəlir əldə edib?

16:15 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Azərbaycanda avtosalonların gəlirləri məlum olub.

ABC.AZ xəbər verir ki, avtosalonlar 2023-cü ilin ilk üç rübü ərzində 621.03 milyon manat avtomobil satışından gəlir əldə ediblər.

Məlumata görə, sözügedən dövrdə minik və yüngül avtonəqliyyat vasitələrinin pərakəndə satışı öncəki ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artım olub.

Qeyd edək ki, öncəki ilin eyni dövründə 401.44 mln. manatlıq satış olmuşdu.