10:43 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür.
ABC.AZ xəbər verir ki, bu barədə hava limanından verilən məlumatda bildirilir.
Məlumata görə, bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib.
Bununla yanaşı, aeroportun parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.