10:06 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. "OpenAI ChatGPT" çat-botunun yeni versiyasını təqdim edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni versiya "GPT-4 Turbo" adlanır.
Şirkətin saytında deyilir ki, o, 2023-cü ilin aprel ayına qədər dünyada baş verən hadisələr haqqında məlumatlıdır.
Çat-botun əvvəlki versiyasında, tərtibatçıların bildirdiyinə görə, 2021-ci ildən sonrakı hadisələr haqqında məlumat məhdud idi.
Yenilənmiş versiya eyni zamanda bir sorğuda 300 səhifədən çox mətnin ekvivalentini yerləşdirməyə imkan verən 128 KB kontekst pəncərə alıb.
Qeyd edək ki, GPT-4 Turbo tərtibatçılar üçün daha ucuz başa gəlir- 1000 token üçün cəmi 0.01 dollar.
Ümumiyyətlə, OpenAI-nin məlumatına görə, GPT-4-ün yeni versiyası əvvəlkilərdən 3 dəfə ucuzdur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026