09:25 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə kiçik bir yüksəlişdən sonra çərşənbə axşamı keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri aşağı düşür.
Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:23 – ə qədər $0,41 (0,48%) azalaraq bir barel üçün $84,77-a düşüb. 6 noyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin yanvar fyuçersləri $0,29 (0,34%) - bir barel üçün $85,18-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:23 – ə qədər $0,35 (0,43%) - bir barel üçün $80,47-a düşdü. 6 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,31 (0,39%) artaraq bir barel üçün $80,82-a yüksəldi.
25 Avqust 2026