16:17 - 6.11.2023
6 noyabr, Fineko/abc.az. Azərbaycanda telekanal rəhbəri iki nüfuzlu klinikanı satın alıb.
ABC.AZ xəbər verir ki, sözügedən klinikalar “Baku City Hospital” və “Türk-American Medical Center”dir.
Klinikanın yeni sahibi tibbi media və biznes təşkilatçısı, politoloq, “Səhiyyə TV”nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevdir.
A.Xudiyev “Baku City Hospital”ı nə az-nə çox – 8 milyon manata alıb. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.
Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026