“Tesla” şirkəti maaşları artırır

14:43 - 6.11.2023


6 noyabr, Fineko/abc.az. “Tesla” şirkətinin rəhbərliyi işçiləri sevindirəcək addım atıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət Almaniyadakı fabrikdə çalışanların maaşını 4% artırıb.

Analitiklər bildirib ki, “Tesla” bu addımı qarşıda gözlənilən inflyasiyanı kompensasiya etmək üçün atıb. Belə ki, şirkət işçilərinə 1500 avro bonus ödəyəcək.

Bununla yanaşı, fevral ayından etibarən şirkət Almaniyadakı fabrikində çalışan işçilərin illik maaşını daha 2500 avro artıracaq.

Qeyd edək ki, “Tesla” keçən il maaşları 6% artırıb.