Azərbaycanda sayğac istehsal edən zavodun gəlirləri azalıb - Hesabat

11:18 - 6.11.2023


6 noyabr, Fineko/abc.az. Azərbaycanda su, qaz, elektrik sərfiyyatını ölçən cihazlar (sayğaclar) “Gəncə Cihazqayırma Zavodu” ASC-nin 2022-ci ildə gəlirləri düşüb və bu onun xalis mənfəətinə də təsir edib.

ABC.AZ xəbər verir ki, zavodun audit hesabatına istinad xəbər verir ki, 2022-ci ildə zavod 11.05 milyon manat əsas fəaliyyətindən gəlir əldə edib. Bu da 2021-ci ildəki 13.41 milyon manatdan 18 faiz aşağı göstəricidir.

Gəncə Cihazqayırma Zavodu 10.03 mln. manat satışın maya dəyərinə xərc çəkib.

Beləliklə, ili bütün gəlir və xərclər fərqindən sonra 481 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə onun xalis mənfəəti 859 min manat təşkil etmişdi.

1 yanvar 2023-cü il tarixinə zavodun 7.23 mln. manat kapital balansında bölüşdürülməmiş mənfəət var.