10:59 - 6.11.2023
6 noyabr, Fineko/abc.az. BOKT “Embafinans” QSC-nin AZ2010020603 ISIN kodlu qiymətli kağızı tədavül müddəti bitdiyinə görə delistinq edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasından bildirilib.
Qeyd edək ki, 4 noyabr, 2022-ci il tarixində BFB-də “Embafinans” QSC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1 000 manat olan 1.5 milyon manat həcmində faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilmişdi.
Həmin hərrac zamanı 2 investor tərəfindən 1 000 manat qiyməti ilə 2 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edirdi.