10:55 - 3.11.2023
3 noyabr, Fineko/abc.az. Türkiyə brendi olan "Togg"un satışı "Tesla"ya yaxınlaşıb.
ABC.AZ Türkiyə Avtomobil Distribyutorları Assosiasiyasına istinadən xəbər verir ki, oktyabr ayında 500 ədəd "Tesla", 3 min 567 "Togg" satılıb.
Ancaq ilin 10 ayına baxdığımızda "Tesla" "Togg"dan daha çox satışa çatıb. 2023-cü ilin yanvar-oktyabr aylarında 10 min 700 ədəd "Tesla", 9 min 171 ədəd "Togg" satılıb.
Ümumilikdə Türkiyənin elektrikli avtomobil bazarına baxdıqda oktyabr ayında çox sürətli bir artım olduğu görülür. Məlumatlara görə, elektrikli vasitə satışları oktyabr ayında 10 dəfə artaraq 9 min 832 olub.
Yanvar-oktyabr dövrünə baxıldığında, elektrikli vasitə satışları 9 dəfə artaraq 48 min 883-ə yüksəlib. Bu dövrdə elektrik avtomobilin ümumi satışlardakı payı 6,5 faiz olaraq qeydə alınıb.
Yanvar-oktyabr dövrünə nəzər salsaq, Türkiyədə elektrikli avtomobil bazarında Tesla-nın payı 22%, "Togg"un payı isə 19% olub.
13 Avqust 2026
13 Avqust 2026