“Toyota” şirkəti 2013-2018-ci il istehsalı olan bəzi avtomobilləri geri çağırıb

10:09 - 3.11.2023


3 noyabr, Fineko/abc.az. Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota” şirkəti 2013-2018-ci il istehsalı olan bəzi RAV4 avtomobillərini geri çağırdığını bildirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, avtomobillər dəyişdirilən akkumulyatorların quraşdırılması ilə əlaqədar yanğın riski yaradır. Bu səbəbdən şirkət onları geri çağırmağı qətiləşdirib.

Geri çağırılma təxminən 1.85 milyon yolsuzluq avtomobilinə təsir edib.

Fakt budur ki, bəzi əvəzedici 12 voltluq batareyalar digərlərindən daha kiçikdir. Düzgün bərkidilmədiyi təqdirdə, avtomobil kəskin dönərkən batareya yerindən çıxa və qısa qapanmaya və hətta yanğına səbəb ola bilər.