11:15 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. Aksiz vergisindən azad edilən məhsulların siyahısı genişləndirilir.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Bu siyahıya 2 litr energetik içki, 20 ədəd siqarilla (nazik siqarlar) və 10 ədəd siqar, 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri, 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, 100 qram çəkilməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, 50 millilitr elektron siqaretlər üçün maya daxil edilir.
18 Avqust 2026
17 Avqust 2026