16:58 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 17,7 milyon dollar dəyərində məhsul ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"ının oktyabr sayında qeyd edilib.
Sözügedən sayda bildirilib ki, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 32,8 milyon dollar və ya 65% (2,8 dəfə) azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 50,5 milyon dollar dəyərində məhsul ixrac edib.
18 Avqust 2026
17 Avqust 2026