Elvin Şirinov xaricə məhsul ixracından 85 milyon dollar gəlir əldə edib

16:09 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 1-ci yeri 85,4 milyon dollarlıq ixrac həcmi ilə Şirinov Elvin Valeh oğlu tutub.

ABC.AZ xəbər verir ki, iş adamı pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC-ni, metal məmulatlar istehsalçısı “Baku Steel Company” QSC-ni, qızıl, gümüş və mis istehsalçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini geridə qoyub.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.