Azərbaycan son 9 ayda 330,4 milyon dollarlıq elektrik enerjisi ixrac edib

15:46 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci yerdə dayanıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Bu dövrdə 330,4 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Bu da ötən illə müqayisədə 294 milyon dollar və ya 9,1 dəfə çox deməkdir.

2022-ci ilin müvafiq dövründə isə 36,4 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu.