15:21 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. “İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
ABC.AZ xəbər verir ki, sözügedən reytinqə əsasən, qeyd olunan dövrdə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında ilk onluqda aşağıdakı şirkətlər təmsil olunub:
Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “My Fruit” MMC, “Mega Fruit Az” MMC, “Mors Trading” MMC.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026